19 Avqust 2015 23:29
2 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqindəki Siirt bölgəsində separatçı terror təşkilatı mənsubları tərəfindən yola basdırılan patlayıcının işə düşməsi nəticəsində şəhid olan çavuş Hakan Aktürkün sosial mediadakı son paylaşımı ürəkləri dağladı.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, ölümündən əvvəl Hakan Aktürk sosial mediadakı hesabından qızı Aysel Aktürkün imtahan nəticələrini paylaşıb və bu sözləri yazıb:

"Canım qızım, atanın işi ilə əlaqədar ibtidai təhsilin bitirənə qədər 3 il, 5 məktəb dəyişdirdiyin, 3 il atasız məktəb oxuduğun halda, Allah səylərinin və əməyinin qarşılığını verdi. Şükürlər olsun. Hal-hazırda belə ayrıyıq. Davamında xeyirli universitetlər qazanmaq diləyiylə səni təbrik edirəm, canım qızım".

Nihad


Müəllif:

Oxşar xəbərlər