20 Avqust 2015 00:20
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Dolmabaxça sarayının önündə polisə silahlı hücum edilib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb. Polisə atəş açan 2 nəfər tutulub. İlkin məlumatlara görə, ölən və ya yaralanan olmayıb. Dolmabaxça yolu bağlanıb. Silah səslərindən əvvəl səs bombası patlatıldığı və ətrafda olan vətəndaşların Kabataş istiqamətinə doğru qaçmağa başladıqları bildirilir.

İki terrorçu Dolmabaxçadan Taksim Meydanına qədər uzanan, Almaniya konsulluğu yaxınlığındakı İnönü prospektində tutulub.

İstanbul valiliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, tutulan şəxslər 8 avqust 2015-ci il tarixdə AKP-nin İstanbul təşkilatının binasına silahlı hücumu reallaşdıran terrorçulardır.

Terrorçulardan 2 ədəd əl bombası, 1 ədəd avtomat silah, 1 ədəd tapança və bu silahlara aid xeyli miqdarda sursat götürülüb.

Teleqraf.com terrorçuların fotolarını və hadisə yerindən çəkilən videonu təqdim edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər