Türkiyə Gürcüstana 700 min dollar dəyərində texniki vəsait ayırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, bununla bağlı təşkil olunan mərasimdə Türkiyənin Tiflisdəki Attaşesi Cövdət Yaşar və Gürcüstan Baş Qərargah rəisinin müavini polkovnik Omar Beqoidze iştirak edir.
Mərasimdə çıxış edən Beqoidze Türkiyəyə Gürcüstana verdiyi dəstək üçün təşəkkür edib: "Türkiyə bizə NATO standartlarına uyğun texniki avadanlıq verərək, müdafiə qabiliyyətimizi inkişaf etdirmək imkanı yaradır. Buna görə Türkiyə hökumətinə təşəkkür edirik".
Samir