NATO-nun Avropada soyuq müharibədən bəri ən böyük hərbi təlimlərə start verməsindən sonra Rusiya və Çin də hərəkətə keçib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkə bu gündən Uzaq Şərqdə hərbi dəniz təlimlərinin ikinci mərhələsinə start verib. "Dəniz əməkdaşlığı - 2015" adlı təlimdə 22 hərbi gəmi, 20 qırıcı, 500 dəniz piyadası və 40 hərbi texnika iştirak edəcək.
Təlimlər avqustun 28-ə kimi davam edəcək.
Qeyd edək ki, NATO-nun keçirdiyi təlimdə 11 ölkənin 5 minə yaxın əsgər iştirak edir.
Samir