Rəsmi Tehran Türkiyədə İran vətəndaşlarının PKK terrorçularının hücumuna məruz qalması ilə bağlı Ankaraya nota verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nota Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekinə təqdim edilib. Sənəddə bildirilir ki, Türkiyə ərazisində İrandan gələn avtobuslara və vətəndaşlara edilən hücumlardan çox narahatdır.
Qeyd edək ki, iyulun sonundan bu günə qədər İrana aid 9 TIR və 1 sərnişin avtobusu PKK terror təşkilatının təcavüzünə məruz qalıb. Hadisə zamanı 1 iranlı həyatını itirib. Tehran rəhbərliyi həmçinin Ankara-Tehran səfərini həyata keçirən iki qatara edilən terror hücumundan sonra qatar səfərlərini də təxirə salıb.
Samir