22 Avqust 2015 08:17
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda prezidentliyə namizədlərin irəli sürülməsinə görə imzaların toplanıb təhvil verilməsi prosesi başa çatıb. BELTA seçkiqabağı kampaniyanın aralıq mərhələsinə kimin və hansı nəticələrlə çıxması, kimin isə mübarizədən geri çəkilməsi barədə məlumat yayıb.

Aleksandr Lukaşenkonun prezidentliyə namizəd irəli sürülməsinə görə 1,7 milyondan çox imza toplanıb. Bu barədə agentliyin müxbirinə A.Lukaşenkonun təşəbbüs qrupunun rəhbəri Mixail Orda məlumat verib.

Sergey Qaydukeviçin namizədliyinin irəli sürülməsi üçün 130 mindən çox imza toplanıb.

Viktor Tereşşenkonun təşəbbüs qrupu da topladığı imzaları dairə seçki komissiyasına təhvil verib. Təşəbbüs qrupunun nümayəndələri bu potensial namizədin irəli sürülməsi üçün təqribən 128 min vətəndaşın imzasını toplayıblar.

Tatyana Korotkeviçin seçki qərargahından bildiriblər ki, dairə seçki komissiyasına azı 100 min imza təhvil verilib.

Nikolay Ulaxoviçin təşəbbüs qrupu 110 min imza toplandığı barədə məlumat verib.

Sergey Kalyakinin təşəbbüs qrupu bir gün əvvəl təqribən 70 min imzanın toplandığını elan edib. Bu rəqəm artmadığına görə təşəbbüs qrupu imza vərəqələrini dairə seçki komissiyasına təqdim etməyib.

Prezidentliyə daha bir potensial namizəd – Anatoli Lebedko seçkiqabağı mübarizədən çəkilib.

Prezident vəzifəsinə namizəd iddiasında olan Janna Romanovskaya imzaların toplandığı bütün dövr ərzində onların sayını açıqlamayıb. Onun təşəbbüs qrupunun azsaylı olduğu nəzərə alınsa, güman etmək olar ki, 100 min imza toplamaq onlara müyəssər olmayıb.

Dairə seçki komissiyalarında təşəbbüs qruplarından imzaların qəbulu avqustun 21-də yerli 19.00-da başa çatıb.


Müəllif:

Oxşar xəbərlər