Diyarbakırın Silvan mahalında PKK terror təşkilatının istifadəsi üçün hazırlanmış mətbəx balonu tipli 10 bomba, bomba istehsalında istifadə edilən 100 kiloqram kimyəvi maddə, həmçinin 61 əl istehsalı olan bomba və çoxlu sayda partlayıcı maddə ələ keçirilib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Diyarbakır valiliyi tərəfindən yayılan yazılı açıqlamada Silvan Təhlükəsizlik İdarəsi qruplarının PKK / KCK terror təşkilatının hərəkət və fəaliyyətlərinin qarşısını almaq istiqamətində işlərin davam etdirildiyi bildirilir:
"Bu tədbirlər çərçivəsində 23.08.2015-ci ildə Silvan Təhlükəsizlik işçiləri, səhər saat 05.00 radələrində Xüsusi Hərəkat Polisi ilə birfə mahal mərkəzindəki Təkəli qəbiristanlığında 8 ədəd 12 kiloqramlıq uzun mətbəx balonu ilə gücləndirilmiş bomba, 2 ədəd 12 kiloqramlıq mətbəx balonu ilə gücləndirilmiş bomba, 61 ədəd əl istehsalı bomba, 100 kiloqram bomba istehsalında istifadə edilən natrium xlor maddəsi, 185 ədəd əl bombası, 51 ədəd istifadəyə hazır "Molotov kokteyli", 73 ədəd Molotov istehsalında istifadə edilmək üçün nəzərdə tutulan boş şüşə, 2 ədəd hava fişəngi, 3 top kabel, 16 ədəd böyük batareya, xeli geyim əşyası və ayaqqabılar, çuvallar və neylon paketlər ələ keçirildi. Hadisə ilə əlaqədar təhqiqat davam edir".
Nihad