Karlov Universitetinin dörd fakültəsi Çex Respublikası ərazisində sığınacaq və yaşamaq hüququ alan miqrantlara ingilis dilində pullu tədris proqramları üzrə pulsuz təhsil almağı təklif edir. Bunun üçün onlar ingilis dilindən müvəffəqiyyətlə imtahan verməlidirlər. Bu barədə məlumat universiteti internet səhifəsində yerləşdirilib.
Həmin proqramlar üzrə təqribən 10 tələbə təhsil alacaq. Qaçqınlara ingilis dilində proqramları sosial elmlər, pedaqoji, humanitar biliklər və fəlsəfə fakültələri təklif edir. Karlov Universiteti belə tələbələri öz yataqxanalarında yerlə də təmin edəcək. Universitetin rektoru Tomaş Zima tələbələrin yeməyinə və digər xərclərinə dotasiyaların ayrılması üçün Çexiya Təhsil Nazirliyində danışıqlar aparacaq.