Almaniya, Fransa və Böyük Britaniya ölkələri Avropa Birliyi Daxili İşlər və Ədliyyə Nazirliyi qaçqın böhranına görə təcili iclas çağırmasını xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə “French Press” agentliyi məlumat yayıb. Bu üç ölkənin Daxili İşlər Nazirliyi Luksemburqdan yaxın iki həftə ərzində iclas təşkil etməyi və konkret qərarlar qəbul olunmasını xahiş ediblər.
2015-ci ilin əvvəlindən Avropa Birliyi ərazisinə 240 mindən artıq miqrant gəlib. Ekspertlərin rəyinə görə ikinci dünya müharibəsindən sonra Avropa Brliyində miqrant axınının ən böhranlı dövrü yaşanır.
Avropa Birliyi liderləri iyun sammitində Avropa Komissiyasının Afrika və yaxın şərq ölkələrindən gələn qanunsuz miqrantların bölünməsi təklifini qəbul etməyib.