İraq ordusu ilk dəfə olaraq, ABŞ-dan aldığı F-16 qırıcı təyyarələri ilə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı hava hücumu təşkil edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqon məlumat yayıb. Bildirilir ki, İraq hökuməti ABŞ-dan aldığı 36 təyyarəyə görə 65 milyon dollar ödəməli olub. Ancaq bunlardan cəmi 4-ü İraqa gətirilib.
Buna səbəb kimi hazırda İraq ərazisinin çox hissəsinin İŞİD-in əlində olması göstərilib.
Samir