8 Sentyabr 2015 22:19
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda Çexiya Respublikasının xarici işlər naziri Lubomir Zaoralyok ilə İran diplomatiyasının rəhbəri Məhəmməd Cavad Zərif arasında görüş olub.

İranlı nazir bu görüşü iki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı kimi səciyyələndirərək ümidvar olduğunu bildirib ki, ticari əlaqələrin yenilənməsi siyasi dialoqun da asanlaşmasına kömək edəcək.

Çexiya və İran XİN rəhbərləri miqrasiya dalğası, terrorizm, özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran terrorçu qruplaşma və Suriyada vəziyyətin sabitləşdirilməsinin zəruri olması məsələlərini də müzakirə ediblər.

Nazir Lubomir Zaoralyok müstəqil Çexiya Respublikası yarandığı vaxtdan bu günə qədər onun ölkəsinin diplomatik idarəsinin İrana səfər etmiş ilk rəhbəridir.


Müəllif:

Oxşar xəbərlər