Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, indiki məqamda Rusiyanın OPEK-ə qoşulması məsələsi gündəlikdə deyil.
“Rosneft” şirkətinin rəhbəri İqor Seçin bu yaxınlarda Rusiyanın OPEK-ə qoşulmasını məqsədəuyğun hesab etmədiyini bildirib. Dmitri Peskov jurnalistlərin İqor Seçinin bu bəyanatı ilə əlaqədar verdikləri sualı belə cavablandırıb: “Mənə məlum olan budur ki, OPEK nümayəndələri ilə Rusiya Federasiyası arasında, necə deyərlər, ekspertlər səviyyəsində əlaqə var, lakin mənim bildiyimə görə Rusiyanın bu təşkilata qoşulması məsələsi qoyulmayıb və gündəlikdə deyil”.