11 Sentyabr 2015 18:04
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərində 62 yaşlı ər birlikdə yaşadığı 32 yaşlı xanımını bıçaqlayaraq öldürüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2 yaşlı uşağın gözləri qarşısında baş verib. Köksal Təməl 6 aydır birlikdə yaşadığı suriya əsilli Diya Hudraya 20 bıçaq zərbəsi vurub. Daha sonra cəsədin yanında oturaraq 19 siqaret çəkib.

Köksal Təməl 5 il əvvəl həyat yoldaşından boşanıb. 4 uşaq atası olan Təməl 6 ay öncə Türkiyəyə qaçqın kimi gələn Diya Hudra ilə dini nikah bağlayıb. Cütlük arasında qısqanclıq zəmnində tez-tez mübahisə və dava düşürmüş.

İşlədiyi dükana gələn Köksal Təməl dostu Yüksələ "evdə uşaq ağlayır, onu yoxla" deyib. Evə girən Yüksəl dostunun xanımını qan içində görüb. 2 yaşlı uşağı götürərək evdən çıxan Yüksəl polisə və təcili yardıma xəbər verib.

Polis Köksal Təməli yaxalayıb. Onun cinayət törətdiyi bıçaq maddi dəlil kimi götürülüb. Köksal ifadəsində "bir anlıq əsəbimin qurbanı oldum" deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər