12 Sentyabr 2015 01:51
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çanaqqala sularında sahil mühafizə xidməti Yunanıstanın Lesbos adasına qaçmağa çalışan 414 miqrantı saxlayaraq sahilə təxliyyə edib.

ANS PRESS-in məlumatına görə, Egey dənizində suyun sakit olmasından yararlanmağa çalışan miqrantlar Ayvacık rayonu ərazisindən 9 rezin qayıqla dənizə çıxıb.

Aralarında uşaqların da olduğu miqrantların əsasən Suriya, Əfqanıstan, Myanma kimi ölkələrdən olan qaçqınlar olduğu müəyyənləşib. Limana təxliyyə olunan qaçqınlara yerli sakinlər yemək və içməli suyla yardım göstərib. Qaçqınlar sonra da Ayvacıkdakı Düşərgəyə geri qaytarılıb.

Bu arada İzmir valiliyinin dünən yaydığı məlumata görə sentyabrın 6-dan 10-a kimi Türkiyənin Sahil Mühafizə xidməti İzmir sularında yüzlərlə miqrantı xilasedib. Sahil Mühafizə xidmətinin qeydə aldığı görüntülərdə batmaq təhlükəsilə üzləşmiş miqrantların əl sallayaraq, dənizçiləri köməyə çağırdığını görmək olur.


Müəllif:

Oxşar xəbərlər