15 Sentyabr 2015 02:03
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran, İraq və Səudiyyə Ərəbistanı oktyabrda neft tədarükləri üçün qiyməti aşağı salıb. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a istinadən RBK məlumat yayıb.

Qəzet yazır ki, qiymətin Səudiyyə Ərəbistanında 0,3 dollar, İraqda 0,35 dollar və İranda 0,5 dollar azaldılması Çin iqtisadiyyatının düşməsi ilə əlaqədar ola bilər. Bundan əlavə, WSJ hesab edir ki, qiymət endirimi ABŞ-da hasilatın azalmasına baxmayaraq dünya bazarında neftin həddindən artıq bol olması ilə də bağlı ola bilər.

ICE birjasında bugünkü hərraclar zamanı Brent markalı neftin qiyməti 47 dollardan aşağı düşüb.


Müəllif:

Oxşar xəbərlər