17 Sentyabr 2015 01:29
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya polisi La Preferida FM radiosunun 25 yaşlı əməkdaşını iş yerinin yaxınlığında qətlə yetirən "killer"i axtarır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, öldürülən jurnalist Flor Alba Nunes Varqas öz çıxışlarında korrupsiya və narkomafiyanı tənqid edib.

"Jurnalist sentyabrın 10-da Pitalito şəhərində qətlə yetirilib", - Pitalito Noticias nəşri yazır. Küçədəki videokamera iş yerinin girişində jurnalistin qətlinin necə baş verdiyini lentə alıb. Qatil üzünü gizlədib. O, qətli həyata keçirdikdən sonra motosikletlə hadisə yerindən uzaqlaşıb. Flor Alba Nunes Varqası xəstəxanaya aparsalar da, o, bir neçə saatdan sonra keçinib.

"Flor Alba Nunes Varqas tanınmış jurnalist idi", - The Daily Mail yazır. O, insan və narkotik alveri, eləcə də korrupsiya mövzularında tənqidi yazılar yazıb. Flor Alba Nunes Varqas Facebook səhifəsində şəhər bandası üzvlərindən birinin fotosunu paylaşıb və bulteryer cinsindən olan itin bir ay əvvəl necə öldürülməsindən yazıb. İt adamlara hücum edib, bundan sonra onu işıq dirəyindən asıblar.

Bir qədər əvvəl isə qız bu hadisəyə görə Facebook-da hədə dolu mesajlar alıb.

Flor Alba Nunes Varqas radioda La Preferida Stereo verilişini aparıb. O, həmçinin üç telekanalla - Canal 6, TV5 и Canal Nacion TV ilə əməkdaşlıq edib.

Polis departamentinin rəisi Uila Santyaqo Kamelo şübhə etmir ki, jurnalist sifarişlə öldürülüb. Lakin bu qisasın motivi bəlli deyil.

Kolumbiya hökuməti bu qətldə əli olan şəxslərin tapılmasına kömək edənlərə 100 milyon peso (33 min dollar) mükafat vəd edib.

Qeyd edək ki, 17 il əvvəl həmin məhəllədə jurnalist Nelson Karvaxal qətlə yetirilmişdi və bu cinayət hələ də açılmamış qalıb.

Nihad


Müəllif: