21 Sentyabr 2015 17:15
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya İsraildə keçmiş Sovet İttifaqının çoxlu sayda vətəndaşının yaşadığını unutmur".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Binyamin Netanyahu ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Yaxın Şərqdə atdığı bütün addımları çox məsuliyyətlidir. Putin İsrail ilə münasibətlərə xüsusi önəm verdiyini deyib.

Netanyahu isə öz növbəsində İranın ölkədəki terrorçulara dəstək verməsi məsələsinə toxunub: "İran İsraildəki terrorçulara silah yardımı göstərərək, ikinci terror cəbhəsi yaratmağa çalışır. Biz həm bunun, həm də "Hizbullah"ın qarşısını almağa çalışmalıyıq".

Samir


Müəllif:

Oxşar xəbərlər