Türkiyənin İstanbul şəhərində 20 yaşlı Dilara Minel Demirin qətli ilə bağlı bir nəfər saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı Mehmet Y. baş verənləri etiraf edib. Onun sözlərinə görə, hadisəni qəsdən törətməyib: "Avtomobildə mübahisəyə başladıq. Arxa oturacağa oturdu. Silahı ona tərəf uzatdım və mənim sevgilə inanmırsa, atəş açmasını istədim. Silah əlimdə olduğu zaman qəfil atəş açıldı".
Polisdən verilən məlumata görə, Mehmet evlidir və 3 uşağı var. Onun Minel ilə tanışlığı isə 3 il bundan öncəyə təsadüf edir.
Samir