Şimali Koreya ABŞ-a sülh müqaviləsi imzalamağı təklif edib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu KXDR xarici işlər naziri Li Su Yen BMT Baş Assambleyasının 70-ci sessiyasında ümumsiyasi müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, bu, Koreya yarımadasında gərginliyin azaldılması üçün ən uğurlu addım olacaq: "ABŞ sülh müqaviləsinə razılaşsa, KXDR hökuməti Koreya yarımadasında münaqişə və müharibələrin qarşısını almaq üçün konstruktiv dialoq aparmağa hazırdır".
Qeyd edək ki, rəsmi Pxenyan 2010-cu ildən ABŞ-la sülh müqaviləsi bağlamağa çalışır.
Samir