3 Oktyabr 2015 15:52
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ölkələrində bordel (fahişəxana) sahibi olan şəxslərə fahişələrin doğma dillərini öyrənmək tələbi qoyulub. Cebhe.info xəbər verir ki, bu haqda qərarı oktyabrın 1-də Avropa Ədalət Məhkəməsi çıxarıb.

Qərara əsasən bu qərar seks xidməti sektorunda çalışanlara qarşı cinayət hallarının baş verməsinin qarşısını almaq məqsədi daşıyır. Başqa sözlə desək, onları güc yolu ilə işə məcbur etməyin qarşısını almaq nəzərdə tutulur.

Qərar Amsterdamdakı “Qırmızı fənər” küçəsində belə məkanlardan birinin sahibinin müraciətindən sonra çıxarılıb. Şəhər rəhbərliyi ona həmin küçədə fahişəxana açmağa icazə verməyib. Bunun səbəbini isə şəxsin Macarıstan və Bolqarıstandan gələn fahişələrin ana dilini bilməməsi ilə əlaqələndirib.

Obyekt sahibi çalışanları ilə təcüməçi vasitəsilə əlaqə saxlayacağını desə də, şəhər rəhbərliyi bununla razılaşmayıb. Belə olan təqdirdə o, məhkəməyə müraciət edib. Avropa Ədalət Məhkəməsi isə məsələnin aktuallığını nəzərə alaraq, bütün fahişəxana sahiblərinə fahişələrin ana dilini öyrənmək tələbi qoyub. Əks təqdirdə onların fəaliyyətinə icazə verilməyəcək.

Xatırladaq ki, Avropa Ədalət Məhkəməsi Avropa Birliyinin ali məhkəmə orqanıdır. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılıb və Lüksemburq şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir.


Müəllif:

Oxşar xəbərlər