Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb, daha 450 nəfər itkin düşmüş hesab olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yer sürüşməsi qəsəbənin “Kabray-2” rayonunu tamamilə dağıdıb.
Ölənlər arasında 5 uşağın olduğu bildirilir, müxtəlif xəsarətlər almış 36 nəfər xəstəxanalara yerləşdirilib.
Təbii fəlakətə səbəb intensiv leysan yağışları olub.