Tibb sahəsi üzrə bu ilki Nobel mükafatının sahibi məlum olub.
Bu ilki mükafatı parazit soxulcanların və malyariyanın müalicəsi sahəsində xidmətlərinə görə, Uilyam Kempbel, Satosi Omura və Yuyu Tuya verilib. Nobel laureatları haqda məlumat təşkilatın saytında yerləşdirilib.
Kempbell və Omura mükafat üçün nəzərdə tutulmuş pulun ¼-i alacaq, pulun yarsısı is Tuya çatacaq. Nobel mükafatının ümumi məbləği 952 min dollardır.
Alim Tu mükafatı malyariyanın yeni müalicə yollarını kəşf etdiyi üçün alıb.
Ümumilikdə bu mükafata 327 alim iddia edirdi.