7 Oktyabr 2015 22:33
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Aralıq dənizində miqrant qaçaqmalçılığı ilə məşğul olan qayıqların ələ keçirilməsi üçün yeni əməliyyata başlayıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, “Sophia” adlanan əməliyyat zamanı hərbi dəniz gəmilərinin təhlükəsizlik işçiləri insan alveri üçün istifadə olunmaqda şübhəli bilinən qayıqlarda axtarış aparacaq.

İndiyə qədər Aİ nəzarət və xilasetmə əməliyyatlarına xüsusi diqqət ayırıb.

Bu il 130 mindən çox miqrant və qaçqın Şimali Afrika sahillərindən Avropaya keçib. Onlardan 2 700 nəfəri boğulub.

Avropaya gələn miqrantların sayının çox olması Aİ daxilində böhrana səbəb olub.

Bu səyahətdə ən təhlükəli marşrut Liviyadan İtaliyaya olanıdır. İndi miqrantların çoxu Türkiyə-Yunanıstan marşrutunu seçirlər.

Aİ əməliyyatın ilkin mərhələsini “EUNavfor Med” adlandıraraq bu ilin iyun ayında Liviyadan İtaliya və Malta istiqamətində qaçaqmalçı qayıqların müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirib.

“Sophia” əməliyyatı isə ikinci mərhələdir.

Əməliyyat avqust ayında Liviya sahilində anası xilas edildikdən sonra Aİ gəmisində dünyaya gələn körpənin şərəfinə adandırılıb.

Rüstəm


Müəllif: