Səudiyyə Ərəbistanı Rusiyanın Suriyadakı hava hücumlarına qarşı suriyalı müxaliflərə silah tədarükünü artıracaq.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının yüksək vəzifəli məmuru məlumat verib.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı 3 müxalif qrupu - Azad Suriya Ordusuna, Cənub Cəbhəsinə və Fəth ordusunu silahlandıracaq. Onlar müasir qurğular, həmçinin uzaqdan idarə edilən tank əleyhinə silahlarla təchiz edəcək.
Ərəbistanlı məmur qeyd edib ki, silah tədarükü Rusiyanın İŞİD terror qruplaşmasını vurmasına mane olmayacaq.
Samir