2015-ci ilin Nobel Sülh mükafatı Tunis Milli Dialoq Kvartetinə verilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, siyasi təşkilat olan dördlük bu mükafata “Yasəmən İnqilabı”dan sonra Tunisdə plüralist demokratiyanın qurulmasında həlledici rol oynadığı üçün layiq görülüb.
Mükafatın 270 namizəd arasından bu təşkilata verilməsini Almanya kansleri Angela Merkel də daxil olmaqla, bir çox tanınmış insan sürpriz kimi qarşılayıb.
Qeyd edək ki, ötən ildə Nobel Sülh mükafatı Pakistandan olan Malala Yusufzay və Kaylaş Satirtiyə verilib.