Təsdiq olunmamış məlumatlara görə, Türkiyə onun hava məkanını növbəti dəfə pozan Rusiya hərbi təyyarəsini vurub.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın Express.co.uk nəşri şahidlərin sözlərinə əsasən məlumat yayıb. Onlar Rusiya qırıcısının Suriyanın şimalındakı Xuraytan şəhəri yaxınlığında düşdüyünü bildiriblər. Həmin an səmada Türkiyə hərbi təyyarələri dövrə vururmuş.
İnformasiyaya əsasən, Türkiyənin üç qırıcı təyyarəsi ölkənin hava məkanını növbəti dəfə pozan Rusiya qırıcısını ələ keçirib yerə salmaq üçün göndərilib. Ancaq Türkiyə və Rusiya Müdafiə nazirliklərində hələ ki məlumatı təsdiqləmirlər.
Xatırladaq ki, Türkiyə rəhbərliyi belə insidentlərin qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyi barədə Rusiyanı xəbərdar edib.