Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı və türkmən həmkarları – İlham Əliyev və Qurbanqulu Berdımuhəmmədovla Türkmənistanda nəzərdə tutulan üçtərəfli görüşü təxirə salmaq qərarı verib.
Musavat.com xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.
Qərar bu gün Ankarada törədilən və çoxsaylı insan itkisinə yol açan dəhşətli terror aktı ilə əlaqələndirilib. Faciə ilə bağlı ölkədə 3 günlük matəm elan edilib.
Beləliklə, Avazda prezidentlərin üçlü görüşü olmayacaq.