11 Oktyabr 2015 01:31
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama keçən həftə Umpqua İcma Kollecində qətlə yetirilən 8 tələbə və bir müəllimin ailə üzvləri ilə görüşüb.

“Amerika Səsi”nin verdiyi xəbərə görə, görüşdən sonra Obama deyib ki, ölkə belə hadisələrin baş verməsinə yol açan qanunların necə qarşısının alması üsullarını tapmalıdır. “Bu gün isə ailələr qüssələnir” – deyə o, əlavə edib.

ABŞ prezidenti Oreqona çatan zaman isə onu silah tərəfdarı nümayişçilər qarşılayıb. “Obama evə get” və “Heç nə azadlığımıza qarşı çıxa bilməz” yazılmış plakatlar qaldıran yüzlərlə insan bildirib ki, bəzi insanlar onun silahlara nəzarətlə bağlı mövqeyini dəstəkləmir. Prezident oxşar qətllərdən sonra dəfələrlə silahlara nəzarət qanunlarının gücləndirilməsinə çağırıb. Bu, prezident Obamanın prezidentliyi dövründə baş verən ilk belə faciə deyil.

O, dəfələrlə qanunvericiləri silahların əldə edilməsi qanunlarını məhdudlaşdırmağa çağırsa da, buna nail ola bilməyib.


Müəllif:

Oxşar xəbərlər