“Pxenyan ABŞ-ın başlatdığı hər hansı müharibədə döyüşə hazırdır”.
Publika.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Conq Un hakim İşçi Partiyasının 70 illiyi ilə bağlı keçirilən hərbi paradda deyib.
Mərasimə çox az sayda xarici qonaq qatılıb. Onlardan biri Çin rəsmisi Liu Yunşan olub və o, bütün parad zamanı Kimin yanında olub. Çinin 5-ci dərəcəli lideri olan Liu Pxenyanda əhatəli danışıqlar da keçirir.
Ərazidən keçən güclü qasırğa səbəbilə parad bir neçə saat gec başlamalı olub.
Gecə yarısı isə Kim ildönümü mərhum atası və babasını yad edərək qeyd edib. Onların cəsədi paytaxtdakı Kumsasan Sarayında nümayiş üçün saxlanılır.