Bir çox obrazları yaradan, lakin izləyicilərin yadında Zita və Gitanın əmisi arvadı kimi qalan Hindistan aktrisası Manorama 78 yaşında dünyasını dəyişdi.
Teleqraf.com RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, aktrisa Çennai şəhərində ürək dayanması nəticəsində ölüb.
Aktrisa fəaliyyəti ərzində 1200 kino və 1000 pyesdə oynayıb. O, "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.