15 Oktyabr 2015 22:17
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada miqrantların qəbul edilməsinin tərəfdarları da, bunun əleyhdarları da oktyabrın 17-də Praqadakı Müqəddəs Vatslav meydanında nümayiş keçirməyi planlaşdırırlar.

Miqrantların əleyhdarları Milli Muzeyin qarşısında, onların tərəfdarları isə Müqəddəs Vatslavın abidəsi qarşısında görüşəcəklər. “Nifrət təzahürünə qarşı” təşəbbüs Sülh meydanına yürüş təşkil edəcək. “Açıq Avropa və insan hüquqları uğrunda” aksiyasının təşkilatçıları bildiriblər: “Qaçqınlara münasibətdə nifrət hissini qızışdıranlar tərəfindən təşkil edilən aksiyaların sayı sürətlə artır. Demək olar ki, hər həftə Çexiyanın hər hansı şəhərində bu cür toplantılar təşkil olunur”.

Sentyabr ayında bu cür nümayişlərdə yüzlərlə Çexiya sakini iştirak edib.


Müəllif:

Oxşar xəbərlər