Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, onun ölkəsində rəsmi səviyyədə qəbul olunan ikinci dil məhz ingilis dili olmalıdır.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Poroşenko bildirib ki, ingilis dilini bilən mütəxəssislərə işə qəbul prosesində üstünlük verilməlidir.
"Məncə, ölkəmizdə ikinci dilin tətbiqi artıq zərurətdir və bu, məhz ingilis dili olmalıdır", - deyən Poroşenko, sözü qedən qərarın "Ukraynanın qloballaşmasına" da tövhə verə biləcəyini vurğulayıb.