Avropa Birliyi bazar günü - oktyabrın 18-də İran üzərindən sanksiyaların götürülməsini rəsmən bəyan edəcək. Musavat.com-un məlumatına görə, bu barədə “Associated Press” diplomatik sferadakı mənbələrə istinadən xəbər yayıb.
Qeyd edilir ki, qərar bu ilin sonunda – MAQATE Tehran tərəfindən anlaşmanın şərtlərini yerinə yetirdiyini təsdiqləyəndən sonra qüvvəyə minəcək.
Bundan qabaq İran parlamenti “Altılıq”la əldə edilmiş sazişə dair qanun layihəsini bəyənmişdi. Ancaq qanunda belə bir bənd də var ki, əgər Tehran üzərindən bütün sanksiyalar götürülməsə, İran hökuməti anlaşmadan imtina edə bilər.