17 Oktyabr 2015 20:40
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Fərqanə vadisindən 1989-cu il hadisələrinə görə Ukraynanın Donetsk və Slavyansk vilayətlərinə köç eləmiş 677 Məshəti (Axıska) türkünün ailəsi növbəti köçə hazırlaşır.

Musavat.com-un Ukrayna mənbəyinə istinadən verdiyi xəbərə görə, Ukraynanın şərqindən Türkiyəyə Donbas hadisələrindən əziyyət çəkmiş ümumilikdə 3 min Axıska türkü köçürüləcək.

Ümumdünya Axıska Türkləri Assosiasiyasının baş katibi Fuad Ucarın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin martında Ukraynaya etdiyi səfər çərçivəsində yerli Məshəti türklərinin pis şəraitdə yaşadığına əminlik hasil edib və onların Türkiyəyə köçürülməsi haqda göstəriş verib.

Onlar Ərzincan və Qars vilayətlərində yeni həyata başlayacaqlar. Türkiyə hökuməti yanında kütləvi yaşayış evlərinin tikintisi üzrə idarə onlara yaşayış sahələri ayıracaq.


Müəllif:

Oxşar xəbərlər