"Ruslar bir neçə dəfə üzr istədilər və bildirdilər ki, istəmədən sizin hava sərhədlərinizi pozduq”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlu jurnalistlərə açıqlaması zamanı deyib.
Sinirlioğlu bildirib ki, Rusiyanın göndərdiyi nümayəndə heyəti eyni halın təkrarlanmaması üçün işlərin getdiyini deyib. Rusiya hərbi hava qüvvələrinin nümayəndəsi general Sergey Dronovun başçılıq etdiyi hərbi nümayəndə heyəti sərhəd pozuntusunun səbəblərini də açıqlayıb. Rus hərbiçilər sərhəd pozuntusunun pis hava şəraiti və Suriya ərazisinə bələd olmamaqla izah ediblər.
Rusiya bir necə həftədir ki, Suriya ərazisini bombalamağa başlayıb. Hava hücumları zamanı Rusiya qırıcıları Türkiyənin hava sərəhədlərini pozmuşdu. Türkiyə buna görə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq edib. Amma bundan sonra da Rusiya eyni addımı təkrarlayıb. Bundan sonra NATO üzvləri də daxil olmaqla dünyanın bir çox dövlətləri Rusiyanın bu addımını tənqid edib.
NATO -nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır.
“Rusiya hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxili olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır.”
Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın bu addımları təkrar edəcəyi halda adekvat cavab veriləcəyini dedi.
Amma Rusiya nümayəndə heyətinin Türkiyə səfəri aradakı gərginliyin aradan qalxdığını ortaya çıxarır. Regionda bir-birinə ehtiyacı olan hər iki dövlətin arasında gərginliyin yaranmasına səbəb olan bəzi qüvvələr baş verən sərhəd pozuntusunu öz məqsədləri üçün istifadə etmək istəyiblər. Çünki Rusiya və Türkiyənin əlaqələrinin pozulması regionda maraqları olan qüvvələrin əl-qolunu açması ilə nəticələnərdi.
Rusiya və Türkiyə qaz alışı və nüvə enerjisi sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Rusiyanın ən böyük təbii qaz alıcılarından biri Türkiyədir. Ölkələr arasında “Türk Axın”ı qaz layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.