Suriya prezidenti Bəşər Əsəd gecə saatlarında Moskvaya səfər edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, geniş tərkibdə keçirilən görüşlər zamanı Rusiya ordusunun Suriyada İŞİD-ə qarşı mübarizəsi əsas müzakirə məsələsi olub.
Görüş zamanı Bəşər Əsəd hazırda ölkədəki vəziyyət və yeni planlarla bağlı Putinə ətraflı məlumat verib.
Liderlər əməliyyatların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Samir