Suriyadakı münaqişə siyasi yolla həll edilməlidir, lakin bu tez bir zamanda mümkün deyil.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.
“Suriya üçün siyasi həll yolu tapılmalıdır, lakin hazırda bunun yaxın zamanlarda baş tutacağı gözlənilmir. Bəllidir ki, Bəşər Əsəd kimi adamın siyasi gələcəyi yoxdur”, deyə A.Merkel bildirib.