22 Oktyabr 2015 12:31
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Macarıstan ordusunun macar torpaqlarında həyata keçirdiyi hərbi təlim başa çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, NATO tərəfindən təşkil olunan təlimdə hər iki ölkədən döyüş təyyarələri, helikopterlər, zirehli avtomobillər və 900 nəfərlik şəxsi heyət iştirak edib.

Macarıstanlı general Qabor Borondi hərbi təlimlə bağlı bunları deyib: "Hər bir təlimin bir məqsədi var. Bu təlimin keçirilməsi Ukrayna böhranının başlanması və Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə əlaqədar qərara alınıb".

Döyüş mərmilərindən istifadə olunan təlimlərə macar generallar rəhbərlik edib.

Samir


Müəllif: