Türkiyənin İstanbul şəhərində anti-terror əməliyyatları çərçivəsində 12 nəfər saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlar arasında Məhəmməd əl-Hacı adlı Çeçenistan vətəndaşı da olub.
Araşdırmalar zamanı onun Çeçenistan və Dağıstandakı terror qruplaşmaları ilə əlaqəli olduğu aydınlaşıb.
Onun bir neçə digər yoldaşı ilə Türkiyədən Suriyaya keçərək, İŞİD terror təşkilatına qoşulmaq istədiyi bildirilib.
Samir