Səudiyyə Ərəbistanı Yəməndə 7 ay öncə üsyançılara qarşı başladığı əməliyyatı yaxın vaxtlarda başa çatdıracaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd əl-Yubeir məlumat verib.
Onun sözlərinə görə, Yəmənin əksər ərazisi yerli hakimiyyətin nəzarəti altına qaytarılıb: "Bununla da Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın işi demək olar ki yekunlaşıb. Yaxın zamanda Yəməndəki əməliyyatları başa vuracağıq".
Qeyd edək ki, bu ilin yanvarında Husilər tərəfindən Səna şəhərinin ələ keçirilməsindən sonra koalisiya qüvvələri bu ölkədə əməliyyata başlayıb.
Samir