31 Oktyabr 2015 00:27
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama 50-dək xüsusi təyinatlının Suriyanın şimalına göndərilməsinə dair sərəncam verib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərinə görə, Ağ Ev nümayəndəsi məlumatı təsdiqləyib.


Onun sözlərinə görə, ABŞ hərbçiləri İŞİD-lə mübarizədə koordinasiya dəstəyi göstərəcəklər.


Bundan əlavə, İŞİD-in mövqelərinə zərbələrin intensivliyinin artırılması məqsədilə Türkiyənin “İncirlik” hərbi bazasına A-10 tipli hücumçu və F-15 qırıcı təyyarələr göndəriləcək.


Müəllif:

Oxşar xəbərlər