26 Noyabr 2015 09:03
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Azez bölgəsində qaçqınlara humanitar yardım aparan avtomobil karvanı rus qırıcıları tərəfindən vurulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilib. Onların yardım daşıyan avtomobillərin sürücüləri olduğu açıqlanıb.

Hadisə Türkiyə ilə sərhəddən 5 kilometr məsafədə baş verib.

Samir


Müəllif: