2 Dekabr 2015 16:18
2 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada fəaliyyət göstərən QHT rəhbərləri Rusiyaya məxsus Su-24 təyyarəsini vuran türkiyəli pilota "Ukrayna Milli Qəhrəmanı" medalının verilməsini istəyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Andrey Bolçko və Dmitri Qurbakoviç bunun üçün Feysbuk sosial şəbəkəsində səsvermə keçirirlər.

Onlar 10 min nəfərin qərarın lehinə səsverməsindən sonra məsələni reallaşdıracaqlarını deyib.

Qeyd edək ki, bu medal Ukraynada xidmətdə fərqləndiyinə görə təqdim olunur. Medalın türk pilota verilməsi isə bir ilk olacaq.

Samir


Müəllif: