"Vaşinqton və Ankara Suriya-Türkiyə sərhədlərinin bağlanması ilə bağlı razılığa gəlib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələdə şəxsən maraqlıdır: "Sərhədlərin bağlanmasına səbəb neftin qeyri-leqal yolla nəqli və terrorçuların hərəkətinin qarşısını almaqdır. Sərhədin bağlanmamış hissəsi 98 kilometr uzunluğundadır. Hazırda bu məsələnin reallaşması üçün işlər davam etdirilir".
Samir