"Rusiya prezidenti Vladimir Putin Suriyadakı müharibəyə son qoya bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Filip Hammond deyib.
Onun sözlərinə görə, bunun üçün Putin Suriya prezidenti Bəşər Əsədi öz postundan imtina etməyə çağırmalıdır: "Dünyada Suriya böhranını həll edə biləcək yeganə şəxs Vladimir Putindir. Əgər o, Əsədə zəng edib oyunun başa çatdığını desə, müharibə başa çatacaq".
Qeyd edək ki, Böyük Britaniya parlamenti 10 saatlıq müzakirədən sonra Suriyada İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirak etməyə razılıq verib.
Samir