"Türkiyənin bu addımını başa düşmək mümkün deyil".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türk xalqı Rusiyanın dostudur: "Türkiyədə çoxlu dostlarımız var. Biz Türkiyə hökuməti ilə dostlarımızı bir tutmuruq. Qırıcımızın vurulmasında Türkiyə rəhbərliyi günahkardır. Yalnız Allah bilir Türkiyə bu addımı niyə atıb. Bunu etdiklərinə görə peşman olacaqlar. Türkiyə bilməlidir ki, bizim mövqeyimiz iqtisadi sanksiyalar ilə bitməyəcək".
Putin Rusiya xalqına da müraciət edib. O bildirib ki, Rusiyaya qarşı sanksiyalar uzun müddət davam edə bilər: " Neftin qiymətinin aşağı olması və sanksiyalar uzun müddət davam edə bilər. Bu o demək deyil ki, sakitcə oturub gözləmək lazımdır. Belə yanaşma prinsipcə qəbuledilməzdir".
Samir