İngiltərənin şimalında və Şotlandiyada Desmond qasırğasının davam etməsi nəticəsində daşqın sularının pik həddə çatacağı gözlənilir.
Publika.az xəbər verir ki, Cumbria və Şotlandiya regionlarının sərhədlərində mindən çox insan evlərindən təxliyyə edilib.
Hazırda İngiltərə və Şotlandiya arasında qatar xidməti dayandırılıb, bir çox yollar bağlanıb.
Ətraf mühit agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.
Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Bazar günü şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.