6 Dekabr 2015 20:34
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyan Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumda səsvermə zamanı bülleteni cırıb və zibil qutusuna atıb.

"Bu, dövlətin hakim partiyası - Respublika Partiyasına qarşı mənim vətəndaş etirazımdır. Bu saxta referendum vasitəsilə möhkəmlənməsi nəzərdə tutlan, bir nəfərin, partiyanın üzərində qurulan sistem mənim üçün qəbuledilməzdir", - deyə Ovannisyan bildirib.

O, həmçinin bildirib ki, referendumun başa çatmasından dərhal sonra mitinq baş tutacaq. Məhz bu mitinq ölkədə dəyişikliklərə start verəcək. Partiya lideri bu prosesdə iştirak etmək istəyənləri Azadlıq meydanına dəvət edib.

Trend


Müəllif:

Oxşar xəbərlər