Qazaxıstanın Almatı vilayətində avtomobillərin toqquşması nəticəsində 10 nəfər ölüb.
Vilayət Daxili İşlər Departamentinin mətbuat xidmətindən bildirilib ki, hadisə dekabrın 6-da Cambul rayonu ərazisində - Almatı-Akrerek-Alqa yolunun 138-ci km-də qeydə alınıb.
"Mercedes-Benz" və "Toyota Windom" avtomobillərinin toqquşması 10 nəfərin ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
APA