9 Dekabr 2015 01:54
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi yarım-ittifaqlara parçalanma təhlükəsi ilə üz-üzədir.

Musavat.com-un məlumatına görə, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şults “Die Welt” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, kollapsdan yalnız birgə səylərlə qaçmaq olar.

“Əminliklə demək olmaz ki, 10 il sonra da Avropa Birliyi indiki halda mövcud olacaq. Əgər biz bunu istəyiriksə, o zaman bunun üçün mübarizə aparmalıyıq” – Şults bildirib.

O, təşkilata əsas təhlükənin konkret nədən ibarət olduğunu söyləməyib. Ancaq Şultsun müsahibəsinin əsas hissəsi Avropada böhran yaradan miqrant məsələsinə həsr olunub.


Müəllif:

Oxşar xəbərlər